Yuxu pozulmalarının sosial səbəbləri
Yuxu pozulmalarının sosial səbəbləri arasında ən sıx rastlananı pis yuxu vərdişidir (pis yuxu gigiyenası). Bu insanlar yatmaq üçün yataqda çox vaxt sərf edərlər. Yuxuya getmə vaxtı uzandığında yataqdan qalxarlar. İsti içki içərlər. Saatlar sonra yatmaq üçün yatağa girərlər. Yuxu gigiyenasının pozulması stresslə, gec saatlara qədər çalışmaqla, kafenin, siqaret və ya spirtli içki içməklə birlikdə ortaya çıxır. Gecə itirilən yuxu vaxtını kompensasiya etmək üçün, gündüzlər qısa müddətli yatırlar.
Müalicə, davranışsal yanaşma (relaksasiya texnikaları) qəhvə, çay və kolalı içkilər kimi maddələrdən uzaqlaşmaqla, müntəzəm edilən məşqlərlə, gündüzlər qısa müddətli yatma vərdişlərini tərgitməklə normal yuxu ritmini yenidən meydana gətirməyə əsaslanır. Vəziyyətə bağlı yuxu pozuqluğu, daha çox yaşlılarda 1/3 ilə ½ nisbətində görülür. Yuxu pozulması sosial və ya psixoloji bir stress nəticəsində ortaya çıxar. Bu stress xəstəlik, xəstəxanaya yatma, yoldaş itkisi, pensiya kimi bir çox hadisə ilə birlikdə ortaya çıxır. Həyat hadisələrini daim düşünmək yaşlıları oyanıq tutur. Vəziyyətə bağlı yuxu pozuqluğu zamanla düzəlir. Bəzi yaşlılarda isə bu vəziyyət yuxu gigiyenası pozuqluğuna və ya psixofizyolojik yuxu pozuqluğuna çevrilə bilər. Müalicə, başlanğıcda yuxu ilə əlaqədar bəzi təkliflər vermək və davranış müalicəsi şəklində aparıla bilər. Düzəlməyən, çətin variantlarda isə qısa müddətli hipnotiklər istifadə edilə bilər.
Psikofizyolojik yuxusuzluğu olanlarda bir çox öyrənilmiş cavablar inkişaf edər. Bu cavablar yuxu və vəziyyətə bağlı anksiyete, oyanıqlığın artması ilə birlikdə yataqda keçirilən müddətdən ibarət olan rituallardır. Bu vəziyyətdə adamda yuxusuzluğa qarşı şərtlənmə yaranır. Bu şərtlənmə travmatik həyat hadisələri və ya müvəqqəti olaraq yuxu pozuqluğuna səbəb olan bir tibbi xəstəlik səbəbindən meydana gələr. Çox vaxt bu yaşlılar yataqlarında yata bilməzlər. Lakin evin başqa bir yerində və ya evin xaricində hər yerdə yata bilərlər. Yatmaq istəmədikləri zaman da, məsələn kitab oxuyarkən və ya televizor seyr edərkən asanlıqla yuxuya gedərlər. Yatmaq vaxtı gəldiyində yata bilməyəcəm qorxusu başlayar, narahat olarlar.
Bu xəstələrin çoxunda ən önəmli nöqtə, vaxta diqqət etmələri, yatmaq üçün yatağa girdiklərində, yuxuya getmədikləri müddət ərzində tez-tez saata baxmalarıdır. Oyanıq qaldıqlarında televizora baxma, kitab oxuma kimi vərdişləri ilə məşğul olarlar. Yuxu pozuqluğu dövründə öyrənilmiş vərdişlər meydana gəldiyindən, hadisə keçdiyi vaxt da xəstə yata bilmir.
Psikofizyolojik yuxusuzluğu müalicə etmək üçün pis yuxu vərdişini düzəltmək, narahatlığı, gərginliyi və yatmaq üçün həddindən artıq göstərilən səyi azaltmaq lazımdır. Altda yatan hər hansı bir orqanik yuxu problemi varsa düzəldilməlidir. Xəstələri öyrətmək, məlumatlandırmaq problemin həlli üçün əsas nöqtədir. Relaksasiya texnikası kimi davranış texnikaları həddindən artıq gecə gərginliyini azaltmada faydalıdır. Xəstələrə yaxşı yuxu gigiyenası öyrədilə bilər (məsələn, müəyyən saatlarda yatağa getmə, yataq otağında məhdud fəaliyyətlər, spirtli və kafeinli içkilərdən uzaqlaşmaq, yataqda çox vaxt keçirməmə, axşam yeməyinin ağır olmamasını təmin etmək kimi). Xəstəni yuxu mövzusunda da məlumatlandırmaq lazımdır. Yaşlıların ümumiyyətlə yuxu miqdarı mövzusunda həqiqətə uyğun olmayan fikirləri vardır. Yaşlılar əksəriyyətlə, gənclik dövrlərində olduğu kimi 8 saat fasiləsiz yuxunun vacibliyinə inanırlar. Yaşlılar yuxu müddətinin azalmasından, gecə oyanmalarından narahat olurlar. Bu səhv anlayışların düzəldilməsi lazımdır.
Yuxusuzluğu olan yaşlı yatağa yuxusu gəldiyində getməli, 20 dəqiqə içində yuxuya getməsə yataqdan durmalı, başqa bir otağa keçməli, sakit bir şəkildə kitab oxumaq kimi bir fəaliyyətdə olmalı, yuxusu təkrar gəldiyində yatağa girməlidir. Bu hadisə lazım olduqda bütün gecə davam etdirilir. Yataq otağında oxumaq, yemək yemək, televizor seyr etmək kimi fəaliyyətlərdən uzaq durmaq lazımdır.
Əvvəlki gecə nə qədər yatdığından asılı olmayaraq, yaşlı hər səhər eyni saatda yuxudan qalxmalı, gündüzlər qısa müddətli yatmamalı, hər gecə yatağa getmədən əvvəl təkrarladığı işləri (məsələn, oxumaq, duşa girmək, diş fırçalamaq və s.) davam etməlidir. İki həftə bu qaydaları tətbiq etmək yuxu problemlərində nəticə verməyə başlayır. Gündüzlər fiziki fəaliyyəti artırmaq, spirt, kafein nikotin alınmasını azaltmaq, axşam yeməklərində ədviyyatlı və yüksək zülallı qidalardan uzaq durmaq lazımdır. Yatmadan əvvəl əzələ boşaldıcı hərəkətlərin və xoş, gözəl şeylər düşünməyin faydası çoxdur.
Ən əhəmiyyətlisi xəstənin saata davamlı baxmaması məsləhətdir. Xəstə bu problemdən həddindən artıq narahat olursa hipnotiklerin istifadəsi lazım ola bilər. 1-2 aylıq müalicədən sonra xəstədən dərmanı yavaş yavaş buraxması tələb olunur.
Psixoloq M.Nəsirov
Stress və ailə həyatı makalesi
Boşanmanın uşaq üzərindəki təsirləri yazısı
Psixoloq M.Nəsirov Profil sayfası
Ana sayfa