Boşanmanın müxtəlif inkişaf dövrlərində uşaq üzərindəki təsirləri
Əgər boşanma evliliyin ilk illərində reallaşmışsa və uşaq 0-3 yaş qrupundadırsa; ana və uşaq / ata və uşaq arasındakı duyğusal əlaqələr azaldığından, uşağın duyğusal qidalanması kifayət qədər olmadığından böyümə və inkişafı gecikə bilər. Bununla yanaşı yuxu və yemə problemləri, ayaq üstə dayanmaq, oturmaq kimi bəzi fiziki qabiliyyətlər, kəkələmə və sözləri udma kimi bəzi dil inkişafı problemləri də görülə bilər.
Məktəbəqədər dövrdə isə; içə qapalı və ya tam tərsi olmaq; hər iki halda da sosial münasibətlərdə çətinliklər görülə bilər. Bu dövrdə yaranan özünə inam itkisi xarakteristik bir şəkildə şəxsiyyət quruluşunda yer ala bilər. Bütün bunlara əlavə olaraq zehin inkişafı gecikə bilər və blok ola bilər. Diqqəti toplamada yaşanan çətinliklər uşağın öyrənməsini və ortaya fikir qoymasını çətinləşdirir və son dərəcə mənfi təsir göstərir.
Məktəb dövründə isə; ön planda görülən məktəb müvəffəqiyyətsizliyi və uyğunlaşma pozuqluğudur. Uşaqda maraq və diqqət problemləri diqqəti çəkir. Yuxu və yemə problemləri davam edə bilər. Cəmiyyətlə əlaqəsi zəifləyən uşaq özünü ifadə etməkdə çətinlik çəkəcəyi üçün sosial əlaqə çətinlikləri yaşayır.
Ərgənliklə birlikdə yuxarıda sayılan bir çox mənfi təsirin yanında həyata tənqidi yaxınlaşan, qarşısına mənfi hədəflər qoyma və strategiyaların ortaya qoyulmasında yetərsizlik, sosial münasibətlərdə problemlər yaşayan, impulslarını idarə edə bilməyən, müdafiə mexanizmlərini tez və səhv istifadə edən, cinayət törətməyə meyilli bir şəxsiyyət quruluşunun ortaya çıxması olduqca yüksək bir ehtimaldır.
Aparılan bir çox araşdırma, oğlan uşaqlarının qız uşaqlarına nisbətlə, valideynlərinin boşanmasına daha çox emosional və davranış reaksiyaları verdiyi nəticəsini ortaya çıxarmışdır. Bu səbəbdən oğlan uşaqlarında, uyğunlaşma və davranış problemləri daha çox müşahidə olunmaqdadır. Bu vəziyyət analitik baxımdan, ayrılıq sonrası evi tərk edən adamın ümumiyyətlə ata olması ilə açıqlana bilər.
Nəticə olaraq; istər təcavüzkarlıq ya da tündxasiyyətlik, istər alt islatma və nəcis qaçırma, istər yuxu və yemə problemləri, istər diqqət problemləri və məktəb müvəffəqiyyətsizliyi şəklində olsun; boşanma, uşaqda bir çox uyğunlaşma və davranış pozuqluqlarına səbəb olmaqda və uşağın inkişafına mənfi istiqamətdə təsir etməkdədir.
Psixoloq M.Nəsirov
Stress və ailə həyatı makalesi
Yuxu pozulmalarının sosial səbəbləri yazısı
Psixoloq M.Nəsirov Profil sayfası
Ana sayfa