Stress və ailə həyatı
Boşanma səbəblərinin başında yola getməmə gəlir. Hərçənd hüquq orqanı işçiləri yola getməməni müxtəlif səbəblərə bağlı boşanma iddiaları aça bilmək üçün geniş əhatəli istifadə edilən qanuni bir deyim olduğunu irəli sürərlər. Bu cür olduğunu qəbul etsək də, uzun sürən ruh xəstəliyi xaricində qalan qanuni boşanma səbəblərinin də münaqişələrdən qaynaqlandığını söyləyə bilərəm. Digər tərəfdən, uzun sürən ruh xəstəliklərinin bir hissəsi üçün də yola getməmənin əhəmiyyətli bir faktor olduğu fikiri müdafiə oluna bilər.
Yola getməmə səbəbiylə boşanan və ya boşanmaya qərar verən insanların əksəriyyəti yola getməməni izah edə bilmədikləri kimi, konkret bir yola getməmə nümunəsi də göstərə bilmirlər. 1 ildən 30 ilə qədər davam edən evlilikləri yıxan yola getməmə ortaq bir sözlə izah edilər: «RAZILAŞA BİLMİRİK». Razılaşa bilmək bir ünsiyyət problemidir. Evlilik, mənbə ilə alıcının davamlı olaraq yer dəyişdirdiyi bir ünsiyyət qrupudur. Sağlam ünsiyyət üçün lazım olan bütün təməl prinsiplər, qaydalar təkliflər evlilik üçün lazımlıdır. İnsanların xoşbəxtliyi, uşaqların, gənclərin sağlam yetişməsi ailə ünsiyyətinin sağlam olmasına bağlıdır.
ər-arvad arasındakı yola getməmə səbəbləri
Aparılan araşdırmalar, işlər və müşahidələrimizə görə ər-arvad arasındakı yola getməmə səbəblərini belə sıralaya bilərik:
- Uşaqlıq və gənclik dövründən qazanılmış şəxsiyyət quruluşundan qaynaqlanan və evliliyə əks olunan mənfi davranışlar
- Ruhi uyğunsuzluq
- İctimai uyğunsuzluq
- Rol və yer qarışıqlığı
- Yoldaşların bir-birlərini tamamlamalarında və bütünləşmələrində uyğunsuzluq
- Cinsi yaşantıda uyğunsuzluq
ər-arvad arasında ünsiyyət pozulması
Bu səbəbləri geniş mənada ər-arvad arasında ünsiyyət pozulması başlığı altında yığa bilərik. Ünsiyyət pozulması yoldaşların bir-birlərini anlamalarını, dinləmələrini, dözümlülüyü, fədakarlığı da ortadan qaldırmaqda, evliliyə uyğunlaşmanı təmin edən davranışların meydana gəlməsini çətinləşdirməkdədir. Beləcə "biz" həyatı olması lazım olan evlilik "mən" və "sən" həyatına çevrilməkdə, "mən" və "sən" arasında çəkişmə başlamaqda, sonunda "mən"lə "sən" bir-birindən ayrılıb qopmakdadır.
Uşaqlıq və gənclik çağında qazanılan şəxsiyyət quruluşunun xüsusiyyətləri evlilik həyatı içində dəyişmədən qalsa "biz" həyatının uyğunlaşmanı təmin edən davranış formaları meydana gəlməz. Bu vəziyyətdə evlilik bəzən yoldaşlardan birinin fədakarlığı nəticəsində bir müddət, bəzən də sonuna qədər davam etdirilər.
Cəmiyyətimizdə bu fədakarlığı əksər zamanlarda qadın göstərər. Kənd yerlərində və ənənəvi ailə quruluşunun hakim olduğu yerlərdə kişinin təzyiqi, qadının fədakarlığını zəruri vəziyyətə gətirmişdir. Qadın ailə içindəki yeri səbəbiylə əri nə edirsə etsin ağzını açıb bir söz söyləyə bilməz. Ona qarşı çıxmaz. Beləliklə evlilik həyatı tək istiqamətli fədakarlıqla sonuna qədər gedər. Ancaq bu vəziyyət qadın və ərgən uşaqlar üçün problemlər yarada bilər. İqtisadi olaraq gücsüz, peşəsi, gəliri, ata evi olmayan və ya ata və qardaş evinə dönmək istəməyən qadın üçün boşanma qərarı vermək çox çətindir. Bu səbəblə boşanmanı düşünən bir çox qadın bu addımı seçməz. Ərinin etdiklərini görməzdən gəlib evliliyi davam etdirməyə səy göstərər. Bəzən də qadın və kişi, iki tərəfin bir-birini anlayıb dinləmədən davamlı olaraq pisləməsi və təcavüzkar davranışlarla ailə həyatlarını, özləri, uşaqları hətta ətrafındakılar üçün çəkilməz, dözülməz vəziyyətə gətirirlər.
Psixoloq Murad Nəsirov/Azərbaycan
Stres ve başetme yolları için daha fazla bilgi edinin
Boşanmanın uşaq üzərindəki təsirləri yazısı
Yuxu pozulmalarının sosial səbəbləri yazısı
Psixoloq M.Nəsirov Profil sayfası
Ana sayfa
Boşanmanın müxtəlif inkişaf dövrlərində uşaq üzərindəki təsirləri
Əgər boşanma evliliyin ilk illərində reallaşmışsa və uşaq 0-3 yaş qrupundadırsa; ana və uşaq / ata və uşaq arasındakı duyğusal əlaqələr azaldığından, uşağın duyğusal qidalanması kifayət qədər olmadığından böyümə və inkişafı gecikə bilər. Bununla yanaşı yuxu və yemə problemləri, ayaq üstə dayanmaq, oturmaq kimi bəzi fiziki qabiliyyətlər, kəkələmə və sözləri udma kimi bəzi dil inkişafı problemləri də görülə bilər.
Məktəbəqədər dövrdə isə; içə qapalı və ya tam tərsi olmaq; hər iki halda da sosial münasibətlərdə çətinliklər görülə bilər. Bu dövrdə yaranan özünə inam itkisi xarakteristik bir şəkildə şəxsiyyət quruluşunda yer ala bilər. Bütün bunlara əlavə olaraq zehin inkişafı gecikə bilər və blok ola bilər. Diqqəti toplamada yaşanan çətinliklər uşağın öyrənməsini və ortaya fikir qoymasını çətinləşdirir və son dərəcə mənfi təsir göstərir.
Məktəb dövründə isə; ön planda görülən məktəb müvəffəqiyyətsizliyi və uyğunlaşma pozuqluğudur. Uşaqda maraq və diqqət problemləri diqqəti çəkir. Yuxu və yemə problemləri davam edə bilər. Cəmiyyətlə əlaqəsi zəifləyən uşaq özünü ifadə etməkdə çətinlik çəkəcəyi üçün sosial əlaqə çətinlikləri yaşayır.
Ərgənliklə birlikdə yuxarıda sayılan bir çox mənfi təsirin yanında həyata tənqidi yaxınlaşan, qarşısına mənfi hədəflər qoyma və strategiyaların ortaya qoyulmasında yetərsizlik, sosial münasibətlərdə problemlər yaşayan, impulslarını idarə edə bilməyən, müdafiə mexanizmlərini tez və səhv istifadə edən, cinayət törətməyə meyilli bir şəxsiyyət quruluşunun ortaya çıxması olduqca yüksək bir ehtimaldır.
Aparılan bir çox araşdırma, oğlan uşaqlarının qız uşaqlarına nisbətlə, valideynlərinin boşanmasına daha çox emosional və davranış reaksiyaları verdiyi nəticəsini ortaya çıxarmışdır. Bu səbəbdən oğlan uşaqlarında, uyğunlaşma və davranış problemləri daha çox müşahidə olunmaqdadır. Bu vəziyyət analitik baxımdan, ayrılıq sonrası evi tərk edən adamın ümumiyyətlə ata olması ilə açıqlana bilər.
Nəticə olaraq; istər təcavüzkarlıq ya da tündxasiyyətlik, istər alt islatma və nəcis qaçırma, istər yuxu və yemə problemləri, istər diqqət problemləri və məktəb müvəffəqiyyətsizliyi şəklində olsun; boşanma, uşaqda bir çox uyğunlaşma və davranış pozuqluqlarına səbəb olmaqda və uşağın inkişafına mənfi istiqamətdə təsir etməkdədir.
Psixoloq M.Nəsirov
Yuxu pozulmalarının sosial səbəbləri
Yuxu pozulmalarının sosial səbəbləri arasında ən sıx rastlananı pis yuxu vərdişidir (pis yuxu gigiyenası). Bu insanlar yatmaq üçün yataqda çox vaxt sərf edərlər. Yuxuya getmə vaxtı uzandığında yataqdan qalxarlar. İsti içki içərlər. Saatlar sonra yatmaq üçün yatağa girərlər. Yuxu gigiyenasının pozulması stresslə, gec saatlara qədər çalışmaqla, kafenin, siqaret və ya spirtli içki içməklə birlikdə ortaya çıxır. Gecə itirilən yuxu vaxtını kompensasiya etmək üçün, gündüzlər qısa müddətli yatırlar.
Müalicə, davranışsal yanaşma (relaksasiya texnikaları) qəhvə, çay və kolalı içkilər kimi maddələrdən uzaqlaşmaqla, müntəzəm edilən məşqlərlə, gündüzlər qısa müddətli yatma vərdişlərini tərgitməklə normal yuxu ritmini yenidən meydana gətirməyə əsaslanır. Vəziyyətə bağlı yuxu pozuqluğu, daha çox yaşlılarda 1/3 ilə ½ nisbətində görülür. Yuxu pozulması sosial və ya psixoloji bir stress nəticəsində ortaya çıxar. Bu stress xəstəlik, xəstəxanaya yatma, yoldaş itkisi, pensiya kimi bir çox hadisə ilə birlikdə ortaya çıxır. Həyat hadisələrini daim düşünmək yaşlıları oyanıq tutur. Vəziyyətə bağlı yuxu pozuqluğu zamanla düzəlir. Bəzi yaşlılarda isə bu vəziyyət yuxu gigiyenası pozuqluğuna və ya psixofizyolojik yuxu pozuqluğuna çevrilə bilər. Müalicə, başlanğıcda yuxu ilə əlaqədar bəzi təkliflər vermək və davranış müalicəsi şəklində aparıla bilər. Düzəlməyən, çətin variantlarda isə qısa müddətli hipnotiklər istifadə edilə bilər.
Psikofizyolojik yuxusuzluğu olanlarda bir çox öyrənilmiş cavablar inkişaf edər. Bu cavablar yuxu və vəziyyətə bağlı anksiyete, oyanıqlığın artması ilə birlikdə yataqda keçirilən müddətdən ibarət olan rituallardır. Bu vəziyyətdə adamda yuxusuzluğa qarşı şərtlənmə yaranır. Bu şərtlənmə travmatik həyat hadisələri və ya müvəqqəti olaraq yuxu pozuqluğuna səbəb olan bir tibbi xəstəlik səbəbindən meydana gələr. Çox vaxt bu yaşlılar yataqlarında yata bilməzlər. Lakin evin başqa bir yerində və ya evin xaricində hər yerdə yata bilərlər. Yatmaq istəmədikləri zaman da, məsələn kitab oxuyarkən və ya televizor seyr edərkən asanlıqla yuxuya gedərlər. Yatmaq vaxtı gəldiyində yata bilməyəcəm qorxusu başlayar, narahat olarlar.
Bu xəstələrin çoxunda ən önəmli nöqtə, vaxta diqqət etmələri, yatmaq üçün yatağa girdiklərində, yuxuya getmədikləri müddət ərzində tez-tez saata baxmalarıdır. Oyanıq qaldıqlarında televizora baxma, kitab oxuma kimi vərdişləri ilə məşğul olarlar. Yuxu pozuqluğu dövründə öyrənilmiş vərdişlər meydana gəldiyindən, hadisə keçdiyi vaxt da xəstə yata bilmir.
Psikofizyolojik yuxusuzluğu müalicə etmək üçün pis yuxu vərdişini düzəltmək, narahatlığı, gərginliyi və yatmaq üçün həddindən artıq göstərilən səyi azaltmaq lazımdır. Altda yatan hər hansı bir orqanik yuxu problemi varsa düzəldilməlidir. Xəstələri öyrətmək, məlumatlandırmaq problemin həlli üçün əsas nöqtədir. Relaksasiya texnikası kimi davranış texnikaları həddindən artıq gecə gərginliyini azaltmada faydalıdır. Xəstələrə yaxşı yuxu gigiyenası öyrədilə bilər (məsələn, müəyyən saatlarda yatağa getmə, yataq otağında məhdud fəaliyyətlər, spirtli və kafeinli içkilərdən uzaqlaşmaq, yataqda çox vaxt keçirməmə, axşam yeməyinin ağır olmamasını təmin etmək kimi). Xəstəni yuxu mövzusunda da məlumatlandırmaq lazımdır. Yaşlıların ümumiyyətlə yuxu miqdarı mövzusunda həqiqətə uyğun olmayan fikirləri vardır. Yaşlılar əksəriyyətlə, gənclik dövrlərində olduğu kimi 8 saat fasiləsiz yuxunun vacibliyinə inanırlar. Yaşlılar yuxu müddətinin azalmasından, gecə oyanmalarından narahat olurlar. Bu səhv anlayışların düzəldilməsi lazımdır.
Yuxusuzluğu olan yaşlı yatağa yuxusu gəldiyində getməli, 20 dəqiqə içində yuxuya getməsə yataqdan durmalı, başqa bir otağa keçməli, sakit bir şəkildə kitab oxumaq kimi bir fəaliyyətdə olmalı, yuxusu təkrar gəldiyində yatağa girməlidir. Bu hadisə lazım olduqda bütün gecə davam etdirilir. Yataq otağında oxumaq, yemək yemək, televizor seyr etmək kimi fəaliyyətlərdən uzaq durmaq lazımdır.
Əvvəlki gecə nə qədər yatdığından asılı olmayaraq, yaşlı hər səhər eyni saatda yuxudan qalxmalı, gündüzlər qısa müddətli yatmamalı, hər gecə yatağa getmədən əvvəl təkrarladığı işləri (məsələn, oxumaq, duşa girmək, diş fırçalamaq və s.) davam etməlidir. İki həftə bu qaydaları tətbiq etmək yuxu problemlərində nəticə verməyə başlayır. Gündüzlər fiziki fəaliyyəti artırmaq, spirt, kafein nikotin alınmasını azaltmaq, axşam yeməklərində ədviyyatlı və yüksək zülallı qidalardan uzaq durmaq lazımdır. Yatmadan əvvəl əzələ boşaldıcı hərəkətlərin və xoş, gözəl şeylər düşünməyin faydası çoxdur.
Ən əhəmiyyətlisi xəstənin saata davamlı baxmaması məsləhətdir. Xəstə bu problemdən həddindən artıq narahat olursa hipnotiklerin istifadəsi lazım ola bilər. 1-2 aylıq müalicədən sonra xəstədən dərmanı yavaş yavaş buraxması tələb olunur.
Psixoloq M.Nəsirov
Şəxsiyyət tipləri ve online xarakter təhlili ölçümləri
Daha fazla bilgi için online terap ve online psikolog yazılarımızı da okuyabilirsiniz.