MAKALELERİ:
Stress və ailə həyatı
Boşanma səbəblərinin başında yola getməmə gəlir. Hərçənd hüquq orqanı işçiləri yola getməməni müxtəlif səbəblərə bağlı boşanma iddiaları aça bilmək üçün geniş əhatəli istifadə edilən qanuni bir deyim olduğunu irəli sürərlər.
Bu cür olduğunu qəbul etsək də, uzun sürən ruh xəstəliyi xaricində qalan qanuni boşanma səbəblərinin də münaqişələrdən qaynaqlandığını söyləyə bilərəm. Digər tərəfdən, uzun sürən ruh xəstəliklərinin bir hissəsi üçün də yola getməmənin əhəmiyyətli bir faktor olduğu fikiri müdafiə oluna bilər.Devamı: Stress və ailə həyatı makalesindedir.
Yuxu pozulmalarının sosial səbəbləri
Yuxu pozulmalarının sosial səbəbləri arasında ən sıx rastlananı pis yuxu vərdişidir (pis yuxu gigiyenası). Bu insanlar yatmaq üçün yataqda çox vaxt sərf edərlər. Yuxuya getmə vaxtı uzandığında yataqdan qalxarlar. İsti içki içərlər. Saatlar sonra yatmaq üçün yatağa girərlər. Yuxu gigiyenasının pozulması stresslə, gec saatlara qədər çalışmaqla, kafenin, siqaret və ya spirtli içki içməklə birlikdə ortaya çıxır. Gecə itirilən yuxu vaxtını kompensasiya etmək üçün, gündüzlər qısa müddətli yatırlar.Devamı:Yuxu pozulmalarının sosial səbəbləri yazısındadır.
Boşanmanın müxtəlif inkişaf dövrlərində uşaq üzərindəki təsirləri
Əgər boşanma evliliyin ilk illərində reallaşmışsa və uşaq 0-3 yaş qrupundadırsa; ana və uşaq / ata və uşaq arasındakı duyğusal əlaqələr azaldığından, uşağın duyğusal qidalanması kifayət qədər olmadığından böyümə və inkişafı gecikə bilər. Bununla yanaşı yuxu və yemə problemləri, ayaq üstə dayanmaq, oturmaq kimi bəzi fiziki qabiliyyətlər, kəkələmə və sözləri udma kimi bəzi dil inkişafı problemləri də görülə bilər. Devamı: Boşanmanın uşaq üzərindəki təsirləri yazısındadır.
İdman, musiqi və rəsmin, uşaq psixologiyası üzərindəki təsirləri
Bir valideyn olaraq biz, uşağımızın basketbol komandasına seçilməsindən qürur duyar, çəkdiyi rəsmləri divarlarımıza asar və ya bir musiqi aləti çala bilməsi üçün kursa yazdırarıq. Əslində hamımız istəyirik ki, uşaqlarımızın həyatlarında idman, musiqi və rəsm olsun, bu fəaliyyətlərin verdiyi fürsətlərdən uşaqlarımız yararlansınlar. Uşaqların rəsm, musiqi və ya idmanla maraqlanmalarının onlara çox faydası var.Devamı: İdman, musiqi və rəsmin, uşaq psixologiyası üzərindəki təsirləri yazısındadır.
Psixoloq Murad NesirovAzerbaycan
-
Doğum tarixi: 1975.
TƏHSİLİ:1999 İstanbul Universiteti / Psixologiya
ANA DİLİ: Azərbaycan
ƏLAVƏ KURS VƏ SERTİFİKATLAR- 1992-1993 Ankara Universiteti TÖMER / Türk dili
- 1998-1999 İstanbul bələdiyəsi / İngilis dili
- May 2006 Müştəri problemlərini əsas götürən psixolojik məsləhət kursu
- Fevral 2007 Moskva Psixolinqvistika və idrak seminarı
- İyun 2008 Dördüncü Kiev intensivliyi (psixoterapiya)
-
İŞ TƏCRÜBƏSİ
- “TERM” Kompaniyası / Psixoloq
- Könüllü psixoloqlar / İstanbul / Psixoloq (Zəlzələdə zərərçəkmişlərə yardım)
- Fındıkzade uşaq bağçası İstanbul / Turkiyə / Psixoloq
-