Süni intellekt sayıqlama
Dostlarınızdan biri, tez-tez reallıqdan uzaq söhbətlər aparır, özünü robota bənzədir. Həyatını kompüterdən asılı bir formada görür və ya özünün ölümsüz olub, 800 il yaşayacağı haqqında uydurmalar danışır.
Sayıqlama-psixi xəstəliklərlə əlaqədar, əsassız yaranan və həmin şəxs tərəfindən tənqidi münasibət bəslənilməyən əqli ideyalara deyilir. Sayıqlama fikirlərinin məzmununa xəstələr nəinki inanır, həmçinin, öz düşüncələrini inadkarcasına sübuta yetirməyə çalışırlar.
Amma mən sizə tez-tez danışılan və rast gəlinən qısqancılıq, təqib, ipoxondrik, zəhərlənmə, cadu və s. sayıqlamalardan danışmaq istəmirəm. Məqsədim fərqli, yeni, araşdırılmayan sayıqlama növündən danışmaqdır.
Sayıqlama ideyaları bəzən sistemli xarakter daşıyır. Onlar yanlış ideyalara, lakin doğru sübutlara əsaslanır. Bir insan televizora baxarkən “süni intellektin köməyilə, robot insanların yaranacağı haqqında informasiya eşidir. Hesab edir ki, o vəfat etsə belə, suni intellektin köməyi ilə yenidən həyata qayıda biləcək. Bunu sübut etmək üçün eksperimentlər aparmağa başlayir. Özunün yaddaşında olan hadisələri bir yaddaş kartına köçürür. Əminliklə inanır ki, o öldükdən sonra həmin yaddaş kartının köməyi ilə yenidən həyata qayıda biləcək və bunu ətrafındakılara israrla inandırmağa çalışır.”
Bu kimi sindromlar sayıqlamanın yeni bir növünü gündəmə gətirir. Elmdə süni intellekt sayıqlamasının yeni bir xəstəlik olaraq araşdırılmasının baxilmasına təklif kimi irəli sürürəm.
Süni intellekt sayıqlaması - İKT dövrünün ən qlobal problemlərindən birinə çevirilməyə doğru gedən təfəkkürün kefiyyətcə pozuntusudur.
Süni intellekt-insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir. Süni intelekt insanın sahib olduğu dəyərli mülkiyyəti olan intelektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilir.
İnsan intellektindən daha güclü bir intellektin yaradılması süni intellektin əsas məqsədlərindəndir.
Saysız-hesabsız yaradılan yeni texnologiyalar nəticəsində insanlarda qəribə sayıqlamalar yaranır. “Mən ölümsüz olacam,çünki kompüterin köməyi ilə məni yenidən yaradacaqlar”. Bu yeni texnologiyaları bir sıra insanların beyni qəbul edə bilmir. Bəziləri isə yeni texnologiya ilə maraqlandıqca, nəticə olaraq sayıqlama formasına keçir. “Mən robotam və proqramlaşdırılmışam ki, bu dünyaya yenilik gətirim” və s.
Bu xəstəlik insanlarda biliyin və savadın az və ya çox olması ilə bağlı deyil, bu texnologiyaların nə üçün yarandığını insan beyninin özünəməxsus qəbul etməsi ilə bağlıdır. “Məni hətta maşın vursa belə, kompüterin köməyi ilə cismən yenidən yaradacaqlar və ya mənim uşaqlarım robotdur, komputerin köməyi ilə yaradılıb” kimi fikirlər xəstəliyin əsas simptomlarındandır. Bu sayıqlama formasına keçdikdə həmin insana əzab törədir və ruhən asıllıq yaranır. O virtual həyatda yaşamağa başlayır və real həyatdan uzaqlaşır.
Bu gün saysız-hesabsız internet vasitələri ilə biz öz yaxınlarımızla əlaqə saxlaya bilirik və bu çox sevindirici haldır. Amma bu internet vasitələrinin istifadə səbəblərini səhv dərk etdikdə sayıqlama halları başlayır. “Mənim anam ölməyib, o paralel dünyadadır və mən müəyyən bir vaxtda onunla əlaqə saxlaya bilərəm.”
Süni intellekt sayıqlamasından əziyyət çəkən insanlar çox soyuqqanlı olur və yaşama məqsədini texnologiyalardan asılı formaya salır. Reallıqdan uzaqlaşır. Həyatında qazandığı və ya qazana biləcəyi nailiyyətləri mənasız sayır. Artıq öz ətrafındakılarla, yaşadığı ailəsi ilə maraqlanmır, yaxınlarının qeydinə qalmır. Onların həyatında öz rolunu və məsuliyyətini hiss etmir. Öz sağlamlığının qeydinə qalmır, özünə qapanır. Öz mənini itirir. “Onsuz mən ölsəm, istəyimə görə yenidən yaradılaram. Süni intelektin köməyilə, mənim klonum yaranacaq və mən ölümsüz olacam.” Bu sayıqlama formaları sadə həyat şəraitində yaşayan insanda yaranan zaman, onun bütün həyatı darmadağın ola bilər.
Bəli bu gün İKT dövrü və bu inkişaf bizi ancaq sevindirir. Süni intellekt bəlkədə tam reallığı ilə 5,10-50 il ərzində hər bir evdə tozsoran kimi, insana əvəzolumaz kömək üçün yaradılacaq.
Amma bu gün bu süni intellekt sayıqlaması bütün dövlətlərdə getdikcə artan və insanın insan kimi yaşamasına mane olan bir xəstəliyə çevrilir.
Mən öz fəaliyyətimdə son zamanlar “Süni intellekt sayıqlamaları” ilə tez tez rast gəlirəm və buna görə bu sayıqlama formasının elmdə araşdırılmasını tövsiyyə edirəm ki,gələcək nəsillərin bu xəstəlikdən əziyyət çəkməsinin qarşısını alaq.
Artificial intelligence delusion