Online psixoloji konsultasiya nədir?
Online müalicə, online psixoloq, online terapist,online psixoloji məsləhətləşmə, online psixoloji dəstək, e-müalicə, virtual psixoloq, canlı psixoloji dəstək kimi anlayışlar son illərdə internet mühitində yayılmağa başlayan anlayışlar olaraq qarşımıza çıxmaqdadır. Internet üzərində onlayn psixoloq realda üz-üzə görüşmə fürsəti tapa bilməyən ya da bunu seçməyən, nədənsə çəkinən insanın psixoloqla internet üzərindən canlı olaraq yazışma, səsli görüşmə və ya e-mailləşmə şəklində reallaşdırılan bir psixoloji məsləhətləşmə xidmətidir. Avropa və Amerikada geniş şəkildə istifadə edilən bu psixoloji məsləhətləşmə və müalicə üsulu ölkəmizdə də son illərdə yayılmağa başlamışdır.
Online müalicədə müddət nə qədərdir və diqqət yetirilməsi lazım olan mövzular hansıdır?
Online müalicədə əvvəldən qərarlaşdırılan saatlarda psixoloq və məsləhətləşən adam 15-30-45 və ya 60 dəqiqəlik görüşmələr edər. İnternet üzərindən edilən görüşmələr yazılı ya da veb kamera vasitəsilə görünüşlü edilər. Məsləhətləşən problemlərini paylaşar və psixoloq yaşanan problemlərin həlli üçün məsləhətləşənə psixodiaqnoz qoyar,yol göstərər,məsləhətlər verər. Məsləhətləşənin tələbi halında kamera vasitəsilə normal üz-üzə görüşmə mühitinə bənzər bir ünsiyyət mühiti də təmin edilə bilər. Onlayn müalicə görüşmələri maraq üçün və ya havadan sudan danışma məqsədi ilə edilməz. Bu səbəblə görüşmə tələbində olan kəslərin psixoloji problemlərini həll etmək məqsədi ilə bir psixoloqla yazışacağı düşüncəsində olması lazımdır.
Online terapiya anlayışını bir çox insanların istifadə etsə də ümumilikdə bu anlayışın hər hansı bir rəsmiyyəti yoxdur. Anlayışlar yalnız internetdə psixoloji ehtiyaclarını təmin etməyə istiqamətə yönəlmiş internet mühitinə uyğun anlayışlardır. Onlayn olaraq görüşülən adamın psixoloq olduğuna diqqət yetirmək və görüşmə əvvəli özündən məlumat almaq və ya internet saytının etibarlılığından əmin olmaq lazımdır.
Online müalicənin üstünlükləri
Online müalicənin, yəni internet üzərindən canlı psixoloji məsləhətçi ilə üz-üzə danışmağa görə müxtəlif üstünlükləri vardır. Bu üstünlükləri bu şəkildə sıralaya bilərik: Xüsusilə üz-üzə məsləhətləşmədən çəkinilən və adam üçün şəxsi intim münasibətlərlə bağlı olan mövzularda onlayn müalicə asan bir üsul olaraq qarşımıza çıxır. Məsələn, cinsi mövzulardakı problemlərlə əlaqədar psixoloji məsləhətləşmə, ictimai çekiniklik-sosial fobi vəziyyətlərində tez-tez bu müraciət üsulu istifadə edilir. Yenə zaman baxımından iş saatları içində psixoloqa getmə fürsəti tapa bilməyən kəslər üçün də bu üsul asanlıqla təmin edilir. Ailəsi ya da yaxınları tərərəfindan psixoloqa getməyə icazəsi verilməyən insanlar internet üzərində psixoloqla görüşməni daha asan qəbul edir.Bu görüşmədən sonra üz-üzə görüşmənin də qəbul nisbətləri yüksəlirir. Yenə olduğu, yaşadığı yerdə istədiyi psixoloqla görüşmə fürsəti olmayan kəslər üçün də onlayn müalicə çox böyük fürsətdir . Adam olduğu yerdəki psixoloqla görüşmək istəmirsə internet vasitəsilə istədiyi psixoloqu seçmə imkanından yararlana bilər . Online müalicə, canlı psixoloji məsləhətçinin digər müalicələrə görə dərman lazım olmayan hər problemdə internet üzərindən həllin tapma imkanı kimi əhəmiyyətli bir üstünlüyü də vardır. Məsələn cərrahı bir mövzuda ümumi cərrahı müdaxiləsini məsləhətləşildiyində cərrahın xəstəliyə müdaxilə imkanı internet mühitində yoxdur və müalicə üçün sizi klinikaya dəvət etməkdən başqa edə biləcəyi bir şey tapılmaz. Halbuki online müalicədə birbaşa müdaxilə və kömək imkanı internet üzərindən vardır.
Online müalicə üçün lazımlı məlumatlar:
Online müalicənin psixoloq tərəfindən sağlam şəkildə edilə bilməsi üçün tətbiq olunacaq adama dair aşağıdakı məlumatlar lazımlıdır.
Nümunə onlayn müalicə forması:
*Ad:
*Yaş:
*Cinsiyyət:
*Təhsil vəziyyəti:
*Peşə:
*Mədəni vəziyyət:
*Yaşadığınız yer:
*Online müalicə tətbiqinə qatılma səbəbiniz və ya varsa qısaca probleminiz:
Online müalicə üçün tətbiq ödənişləri nə qədərdir?
Psixoloqların işlədiyi məzkəzlərdə,klinikalarda üz-üzə tətbiq olan psixoterapiyalar ortalama 60dəqiqə davam edir və 1 saat üçün 25-40..AZN arası qiymətlərlə dəyişir.Klinikalarda ayrıca psixoterapiyadan əvvəl psixatr tərəfindən dərmanların da yazılmasını nəzərə alsaq bu psixoterapiya qiymətinə əlavə ödənişlər də olur və bir seans 60-70 AZNe başa gəlir.
Dərman müalicəsi lazım olmayan pasientlər üçün tətbiq oluna biləcək online müalicələr də isə 15 dəqiqə, 30 dəqiqə, 45 dəqiqə və 60 dəqiqə şəklində seanslar təqdim edilərək çox daha aşağı ödənişlərlə həyata keçirilir. Bu səbəblə onlayn müalicələr üz-üzə müalicələrə görə ortalama 25-40 AZN deyil, %50 endrimlə daha sərfəli qiymətə tətbiq olunur.15 dəqiqə 5azn,30 dəqiqə 8azn, 45 dəqiqə 11azn, 60 dəqiqə 15azn ...
Aktaran:Psixoloq Elşad Can Şamil