Bağçalar uşağın həyatında nə kimi rol oynayır
Bağça həyatı, ibtidai məktəb təcrübəsinə əhəmiyyətli bir hazırlıq müddətidir. Valideynlər və müəllimlər tərəfindən şüurla istiqamətləndirilən bir bağça təcrübəsi, uşağın yaşına uyğun "oyunla təhsil" ehtiyacını qarşılayarkən, onun ibtidai məktəb ilə başlayacaq uzun təhsil səfəri üçün bilik bazasını gücləndirir. Lakin çox təəssüf ki, bağçaya getməyin lazımlı olub-olmadığı müzakirəsində çox zaman valideynlərin, ən əsas da ananın iş həyatında olub-olmamasından asılı olduğunu görürük...
Halbuki bağça məktəb formasında bir təşkilatdır, qurumdur. Yəni uşağın oyun yolu ilə ictimai, fərdi və kollektiv şəkildə özlərini inkişaf etdirici bir təhsil proqramı keçir və bu müddətcə, uşağın heç olmasa gündə bir neçə saatını keçirməsi üçün ideal bir mühitdir. Uşaq iki yaşından etibarən, anayla öz mənliyini təhlil etmə mövzusunda daha konkret davranışlar göstərə bilər.... Bu, uşağın ictimailəşmə ehtiyacının da göstəricisidir. Çünki uşaq, öz mənliyini ictimai mühitdə, "digərlərinin" yanında daha asan kəşf edər. Anaya-ataya alternativ bir müəllim, nüfuzlu şəxs kimi yanaşar, gündəlik eyni oyuncaqlarla günlüyünü keçirməməyi anlar,evdə daha məhdud olan dünyasının zənginləşməsi üçün məhsuldar bir inkişaf dinamikasına düşər. Bağça mühitində oyuncaqlar paylaşılmalı, əşyalar sırayla istifadə edilməli, müəllimin sistemli göstərişini bütün uşaqlar izləməli, yəni hər yerdə olduğu kimi, oyun mühitində də bir ardıcıllıq, nizam olduğu qavranmalıdır.
Uşağı bağçaya qoyma qərarı verərkən ana və atanın bu qərarı daha ürəklə verməsi çox əhəmiyyətli bir faktordur. Valideynlərin rahatlığı eyni şəkildə uşağa da əks olunar. Psixoloji cəhətdən hazır olan ana-atanın uşağı bağça mühitinə də daha rahat alışdığı müşahidə edilir. Valideynlərin uşağı tərbiyəçilərə həvalə edilib-edilməməsi mövzusundakı narahatlıqları, uşaqda da bağçaya qarşı qorxu və narahatlıq meydana gətirə bilər. Halbuki, bir neçə il içində ibtidai məktəbə mütləq gediləcək və bu mövzu mübahisə olunası mövzu deyil. Buna görə uşağın zehininin ən məhsuldar çağlarında 0-6 yaş aralığında müxtəlif bacarıqların əldə edilməsi və sağlamlaşdırılması baxımından əhəmiyyətlidir, uşağın əvvəlcədən zəngin bir mühitlə tanış edilməsi lazımdır. Bəs sual yarana bilər...uşağı necə bir bağçaya qoyaq...kimlərə etibar edək..?
Doğru bir bağçanın seçilməsi, valideynlərin bu mövzuda diqqətli olması ilə əlaqədardır. Ümumiyyətlə ilk araşdırma, evə yaxın olan bağçalar ilə başlar, lakin ev-bağça məsafəsinin yaxınlığına görə seçmək ən doğru meyar deyil. Bir neçə uşaq müəssisəsini gəzmək tam olaraq düzgün dəyərləndirməni təmin etməsi baxımından faydalıdır. Bağçaları gəzərkən, təhsil proqramı məzmunlarını sorğulamaq, gün içində uşaqlar nələr edir, hansı oyun və təlimləri öyrənir, kimlər və necə məşğul olduqlarını bilmək üçün bir az vaxt ayırıb müşahidə etmək lazımdır. Ağlınıza gələn, maraqlandığınız mövzularda sual vermək, araşdırmaq, baxmaq sizin ən təbii haqqınız olduğunu unutmamalı və araşdırmalarınızın müəssisə işciləri tərəfindən nə dərəcə mülayimlik və səmimiliklə qarşılandığını müşahidə etmək övladınızı əmanət edəcəyiniz kəslərin uşağınızla necə ünsiyyət quracağını təxmin etmək baxımından çox əhəmiyyətlidir. Müəssisələri gəzərkən, gün içində uşaq sayının və oyun və təlim vaxtlarının sıx olduğu saatları seçmək gündəlik fəaliyyət haqqında daha doğru bir fikir sahibi olmağı təmin edər. Uşağınızın yaşına görə bağçada necə bir rejimin tətbiq olunacağını da müəssisə səlahiyyətliləri sizi məlumatlandırmalıdırlar...
Bağçalar uşağın yaşına və ailənin ehtiyacına görə müxtəlif proqram tərtib etməli, ən əhəmiyyətli olanı isə müəssisənin iş fəaliyyəti ilə sizin düşüncələrinizdəki qayğının ortaq bir nöqtədə görüşə bilməsidir. Uşağınız əvvəlcə bağçada daha az zaman keçirərək başlaya bilər ki, bu hər yaş qrupu üçün doğru bir tətbiqdir. Sonrasında uşağınızın bağçaya güvəninin artmasıyla və sizin də bu müddət ərzində müşahidənizlə, məktəbdəki səlahiyyətlilərin məsləhətçiliyində uşağınız üçün ən uyğun proqram yaradıla bilər. Buna başlayarkən əvvəlcə ailədən vaxtı olan birinin uşağa bağçada yoldaşlıq etməsi olduqca əhəmiyyətlidir. Bu yoldaşlıq etmə, uşaqla birlikdə bağçaya getmə və müəssisə səlahiyyətlilərinin sizə təklif etdiyi bir yerdə gözləmə çərçivəsiylə məhdud olmalıdır. Bağçada uşaq müəlliminə təslim edilməli və orada sizə ayrılan hissədə uşağı gözləyəcəyiniz haqda uşağa məlumat verilməlidir. Beləliklə uşaq, tərbiyəçi və mühitlə tanışlıq qazanarkən, bir tərəfdən də ailədən birinin məktəbdəki fiziki varlığıyla ovunacaq ki, bu ayrılma anına sağlam təsir edər. Günlər irəlilədikcə ana-ata buraya yalnız daşıyıcı-bələdçi olaraq gəlib gedər, gözləməyə ehtiyac qalmaz. Bunun nə vaxt olacağı tamamilə uşağın xarakteri, məktəbin sizi doğru istiqamətləndirməsi və sizin də bu ayrılığı(bağça tərbiyəsi) həqiqətən istəyir olmanızla əlaqəli olaraq dəyişər. Lakin ortalama olaraq bir uşağın tam olaraq alışması təxminən bir-iki ay zaman alar . Uşağı məktəbə buraxarkən nə vaxt dönəcəyinizi xatırlatmaq uşağa güvən verər. Dönəcəyiniz zamanı saat olaraq deyil, onun yaşına,başındakı zamanlamaya uyğun nümunələr verərək paylaşmaq uşağı rahatlaşdırar. "Sən günorta yeməyini yedikdən sonra", "istirahət etmə vaxtı bitincə" kimi zamanlama nümunələri vermək, uşağınızın günlük axışını konkret olaraq izləyib özünü müddətcə daha hakim hiss etməsini təmin edər. İlk başlarda o bağçadaykən sizin gün içində nə edir olduğunuzu bilmək istəyəcək, səbəbi özünün bir məktəbə buraxılıb sizin başqa bir yerdə olmanız lazım olduğunu anlamaq istəməsi onun ən təbii haqqıdır. İşləyən anaların uşaqları üçün bunu qavramaq bir az daha asan ola bilər. Lakin ananın işləmədiyi vəziyyətlərdə, uşağa, məktəb həyatının uşağın gündəlik həyatının bir parçası olduğunu izah etmək əhəmiyyətlidir. Onsuz da uşaq bağçaya alışdıqca, dayələrinə bağlandıqca və buradan zövq almağa başladıqca, bağça həyatının özü üçün bir təkrarlanan, yaşam tərzi olduğu fikirini də mənimsəyəcək. Bütün bu bağçaya alışma müddətində valideynlərin uşağa qarşı dürüst olması, uşağın burada olduğu saatlarda özünün nələr edir olacağını paylaşması və uşağa söz verilən saatda qayıtması, gəlib alması alışmaq üçün uşağın işini asanlaşdırıcı faktorlardır. Alışma dövründə uşaq bəzi bəhanələr göstərə bilər. Qarnı ağrıya bilər, axşamları yatmadan və səhər evdən çıxmadan əvvəl narahat mimik ifadələri arta bilər, sizə bağçaya getməmək üçün bir çox səbəblər gətirə bilər və bunların sizdə necə bir reaksiya oyandıracağını çox diqqətli müşahidə edər. Sizin qərarlı və qəti dayanmanız bu mərhələdə çox əhəmiyyətlidir . "bağçada keçirilən təlim və nizam-intizanın evdə də keçərli olması" prinsipini həyata keçirmək və bunu müdafiə etmək, uyğunlaşmaq üçün çox əhəmiyyətlidir. Boş buraxmaq bağçaya alışma uyğunlaşma müddətini baltalar və uşağınıza sizi idarə edə biləcəyinə dair siqnal ötürər. Halbuki bağçada verilən tapşırıqlar ən çox da validenlərdən asılıdı, valideynlərə aid qərarlardır. Ümumi bağçalara ziyarət etmək kimi marağınız olarsa müəyyən səbəblər üzərindən bu ikinci bir ziyarəti uşağınızla birlikdə etmək, sizə uşağınızı o mühitdə müşahidə etmək, digər müəllimlərlə uşağınızın qarşılıqlı ünsiyyətini görmə fürsəti yaratması baxımından faydalı ola bilər. Gəzdiyiniz hər müəssisə, uşağınızla birlikdə səyyahlıq uşağınızda ətraf bağçalar haqqında düşüncələr formalaşdırar, öz bağçasın digərlərindən fərqləndirər, olduğu yeri daha doğma bilib daha tez alışar...gördüyü yad uşaqlar və müəllimlər onun üçün darıxdırıcı-sıxıcı ola bilər, çünki bunlar nəticədə qısa ziyarətlərdir və uşağın məktəblə əlaqədar düşüncələrini qarışdırar,tez-tez müqayisələr aparar...
Uşağın həmyaşıdları ilə keçirdiyi zaman daha xoş xatırlamağa başlaması, gün içində yaşadıqlarını evdə paylaşması uşağın bağçanı mənimsədiyini göstərən bir işarədir. Bu nöqtədə ana-atanın uşağa qarşı israrçı olmaması lazımdır. Uşaq ürəyi istəsə gününün necə keçdiyini paylaşar. Bir şeylər izah etmək istəməməsi, onun gününün pis keçdiyi, ya da bağçanı sevmədiyi mənasını verməz. Ana-ata öz günlərindən yadda qalan bəzi hadisələri paylaşması uşağa model ola bilər. Məsələn "mən bu gün filan yoldaşımla görüşdüm", "bu gün günorta yeməyində …yedim" kimi örnəklər, uşağı da öz gününün necə keçdiyiylə əlaqədar paylaşmalar üçün cəsarətləndirə bilər. Məktəbə ilk başlanacağı gündən bir neçə gün əvvəl uşağı onu necə bir dəyişiklik gözlədiyiylə əlaqədar məlumatlandırmaq lazımdır. Məktəbdə gün boyu nələr edildiyiylə əlaqədar, "oyun" anlayışı üzərindən uşağı həvəsləndirmək kifayətdir. Bağça həyatıyla əlaqədar hərtərəfli,dolğun, olduqca geniş məlumat vermək yanıldıcı,yorucu ola bilər. Bağçaya gedəcəyi müddəti çox naməlum saxlamamaq şərti ilə, uşaqda çox çox gözləmə meydana gətirmə arasındakı tarazlığı düzənləmək lazımdır. Bağça həyatını, müəllimiylə birlikdə uşağın öz düşüncəsində kəşf etməsinə icazə vermək, müəssisənin, uşağın özünə aid bir ictimai sahə olaraq mənimsəməsinə imkan verər. Nəticə olaraq, bağça, uşağın 0-6 yaş aralığı qavrama imkanı olan bilik bacarıq və vərdişlərlə əhatələndirib ibtidai məktəbə hazırlığın təməlin qoyar.
Psixoloq Elşad Can Şamil